SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
720 manata dövlət maşını satılır
İQTİSADİYYAT 11:15 / 24.07.2018

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Regioninfo.az xəbər verir ki, avtomobillər bir sıra dövlət qurumlarına aiddir.

Onlar arasında ilkin qiyməti 720 manat təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsus, buraxılış ili 1994-cü il olan "QAZ-31029”,dəyəri3525 manat təşkil edən Mərkəzi Banka məxsus, 2004-cü il buraxılışlı "Hyundai Sonata” və dəyəri11250 manat təşkil edən "Mercedes Benz Sprinter 314” markalı avtomobillər var.

Hərraca təklif edilən start qiyməti bir qədər bahalı olan avtomobillər, əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə aiddir.İdarənin iki avtomobili – buraxılış illəri 2006-cı ilə aid olan iki "BMW 730” markalı avtomobil 16875-15750 manata hərraca çıxarılıb.

Onu da qeyd edək ki, sözügedən qurumların avtomobilləri təkrar hərraca çıxarılıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansında olan nəqliyyat vasitəsiüçüncü dəfə 10% endirimlə, Mərkəzi Bankın balansında olannəqliyyat vasitələri dördüncü dəfə 25% endirimlə, Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olannəqliyyat vasitələri dördüncü dəfə 25% endirimlə təkrar hərraca təqdim edilib.


222 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.