SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
ABŞ-da Ağdamın işğalı ilə bağlı kampaniya başladı
SİYASƏT 19:30 / 22.07.2018

ABŞ Azərbaycanlıları Şəbəkəsi 1993-cü il iyulun 23-də Azərbaycan Respublikasının Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə amerikan ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıb.

Xəbər verir ki, Azərbaycan diasporunun üzvləri qanunvericilərə, ABŞ Administrasiyasındakı rəsmi şəxslərə, həmçinin Birləşmiş Ştatların bütün kütləvi informasiya vasitələrinə məktublar göndərirlər.

Məktublarda Qarabağ müharibəsi zamanı Azərbaycanın rayonlarının işğalı faktı, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamlar qeyd olunub, statistik rəqəmlər göstərilib. Məktub müəllifləri BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) və həmin tələbləri ehtiva edən BMT Baş Assambleyasının A/62/L.42 qətnaməsinə rəsmi Yerevan tərəfindən tam etinasızlıq göstərildiyini qeyd ediblər.

Azərbaycan diasporunun üzvləri ABŞ hökumətini Ermənistanın işğalçı qoşunlarının suveren Azərbaycanın ərazilərindən çıxarılmasına dair beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına şərait yaradılması məsələlərində Yerevana təzyiq göstərməyə çağırırlar.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.