SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Bakının bəzi yerlərində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlandı
İQTİSADİYYAT 11:59 / 21.07.2018
"Azərenerji" ASC iyulun 20-də axşam saatlarında Bakıda bəzi ərazilərdə elektrik enerjisi verilişində fasilə yaranmasına münasibət bildirib.

Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, həmin gün saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.

Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb: "Eyni zamanda bildiririk ki, "Azərişıq” ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən "Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd etmək lazımdır ki, "Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib".

156 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.