SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Tramp Ərdoğana: Qoca rahibi sərbəst buraxın
DÜNYA 14:37 / 19.07.2018
ABŞ Prezidenti Donald Tramp rahib Endryu Kreyq Bransonun sərbəst buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.

D.Tramp "Twitter" səhifəsində Türkiyədə saxlanılan E.Bransonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandırıb:

"Ərdoğan bu xristian qocanın sərbəst buraxılması üçün nəsə etməlidir. O, yanlış bir iş görməyib və ailəsinin ona ehtiyacı var".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. (Trend)

61 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.