SON XƏBƏRLƏR
19 Dekabr 2018
18 Dekabr 2018
Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə MÜRACİƏT
CƏMİYYƏT 12:32 / 19.07.2018

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən daxil olan müraciətdə qeyd olunur ki, son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir.

Belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, Baş DYP İdarəsi nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər.

"Müraciətə düşünülmüş şəkildə yanaşan hər bir vətənpərvər sürücüyə əvvəlcədən təşəkkürümüzü bildirir, bütün hərəkət iştirakçılarına yollarda yüksək mədəniyyət nümayiş etdirmək tövsiyəsi ilə təhlükəsiz yol arzulayırıq” - müraciətdə bildirilir.


127 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.