SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Üç valyutanı birləşdirdik!
İQTİSADİYYAT 11:32 / 19.07.2018

"Kapital Bank” müştərilərə 3 valyutaya malik Visa Trio Gold, Visa Trio Platinum və Visa Trio Infinite kartlarını təklif edir. Artıq müştərilər AZN, USD və EUR valyutasında olan Visa kartlarını birləşdirərək, Visa Trio kartları üzərində istifadə edə bilərlər. Kartın hər üç hesabını bir PİN kod vasitəsilə idarə etmək mümkündür.

Xəbər verilir ki, kartları müəyyən miqdarda məbləği hesaba əlavə etməklə pulsuz əldə etmək olar. Ödəniş kartları avtomatik olaraq Mobil və İnternet Banking, SMS İnfo, həmçinin SMS Banking xidmətlərinə pulsuz qoşulur. 3D Secure təhlükəsizlik xidmətlərinə qoşulmaq üçün isə Kapital Bank-ın 196 Sorğu Mərkəzinə müraciət etmək lazımdır.

Visa Trio Gold kartını həmçinin 1000 AZN ilkin mədaxil etməklə pulsuz əldə etmək olar. Bundan başqa kartın hər 3 hesabı arasında komissiya olmadan Card to Card əməliyyatını etmək mümkündür. Yeni kart barədə ətraflı məlumat üçün – www.kapitalbank.az/cards#multyCurrencyCards.

Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank”ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. "Kapital Bank”ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünwww.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.