SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Rus əsgərləri Ermənistanın kəndlərinə girdi və... - QORXUNC ANLAR - FOTOLAR
DÜNYA 16:05 / 18.07.2018
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus hərbi bazanın əsgərləri ilə ermənilər arasında dava düşüb.

Ermənistan mediasına istinadən xəbər verir ki, rus hərbiçilərinə məxsus karvan Gümrünün Panik kəndinə girib.

İddialara görə, rus əsgərlər havaya küllə açmağa başlayıblar. Bundan sonra kənd sakinləri hərbi karvanı mühasirəyə alıb. Məlum olub ki, poliqona gedən əsgərlər sərxoşdurlar. Komandir bildirib ki, onlar təlimə gedirlər, lakin niyə kəndin ortasında güllə atdıqlarını izah etməyib.

Ermənistan mediası bunu böyük biabırçılıq və təhlükə adlandırıb. "Lragir” saytı yazır ki, "rusların əsl hədəfi nədir, bəlkə onlar erməni kəndlərini ələ keçirmək istəyirlər, Permyakov dəhşətinin (hərbi bazadakı rus əsgəri erməni ailəsini qətlə yetirmişdi - red.) uğursuz cəhdindən sonra yeni sxemə keçməyə qərar veriblər?”.

102-ci hərbi bazanın komandanlığı faktla bağlı araşdırmaq aparacaqlarını bəyan edib. Lakin Ermənistan ictimaiyyətində artıq hərbi bazanın bağlanması haqda fikirlər səslənməyə başlayıb. Media isə Gümrüdə yeni qarşıdurmanın ola biləcəyini yazır.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.