SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Qarpız ən yaxşı çimərlik qidasıdır
ARAŞDIRMA 15:29 / 16.07.2018
Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir. Orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır. Aparılan araşdırmalar qarpızın ən yaxşı çimərlik qidası olduğunu müəyyən edib.

Qarpızın tərkibində olan bir sıra maddələr insan orqanizminin temperaturunu aşağı salır, təzyiqi tənzimləyir. Ona görə də qarpız yeyilməsi günvurma ilə üzləşmək təhlükəsini azaldır. Tərləməni tezləşdirən qarpız eyni zamanda istiyə, eləcə də günvurmaya davamlılığı da artırır.

Yaraların tez sağalmasında da qarpızın müsbət rolu var. Bostan bitkisi A vitamini deposu olmaqla dəri, diş və sümüklərin sağlam və cavan qalmasına kömək edir. Onun tərkibindəki amin turşusu böyrəklər üçün çox faydalıdır. (AZƏRTAC)

111 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.