SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
Bakıda bağ evində dəhşətli hadisə: ev sahibi və xanımı qanına qəltan edildi
KRİMİNAL 09:18 / 16.07.2018
Bakıda qətl törədilib. Lent.az xəbər verir ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində 1968-ci il təvəllüdlü İlqar Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşını bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Tanınmış həkim olan və təqaüdə çıxmış Arzu Şuşalı isə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, İlqar Xancanov işdən çıxarıldığını öyrənəndən sonra ev sahibi və xanımını öldürmək qərarına gəlib və onların ikisini də bıçaqlayıb. O, qan içində olan ər və arvadını Arzu Şuşalıya məxsus "Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Özünü şübhəli apardığından maşın polislər tərəfindən saxlanılıb və dəhşətli cinayətin üstü açılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.