SON XƏBƏRLƏR
14 Noyabr 2018
15 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Şakira möhtəşəm İstanbul konsertində səhnəyə bu geyimdə çıxdı - FOTO
MƏDƏNİYYƏT-ŞOU 12:31 / 12.07.2018

Livan əsilli Kolumbiyalı müğənni, söz yazarı və rəqqasə Şakira "El Dorado” dünya turu çərçivəsində dünən İstanbulda konsert verib.

Xəbər verilir ki, konserti izləməyə gələnlər arasında Beren Saat, Kənan Doğulu, Ezgi Mola, Dəniz Akkaya və başqa sənət adamları olub.

41 yaşlı müğənni 11 il fasilədən sonra İstanbulda verdiyi konsertdə minlərlə adamı coşdurub. Səhnəyə rahat qısaqol köynəkdə və tüllü dar şalvarda çıxan ifaçı geyimi ilə xüsusilə yadda qalıb.

2 saat səhnədə möhtəşəm performans göstərən ulduz konsertdə tamaşaçılara səslənərək "Sizi burada görmək çox gözəldir, İstanbul. Məni burada qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. İstanbula yenidən gəldiyim və sizi gördüyüm üçün çox xoşbəxtəm. Bütün bunlar sizin dostluğunuz sayənizdə baş verdi. Əgər bu axşam burdayamsa, bu, sizin sayənizdədir" deyib.

Qonaqlara unudulmaz gecə yaşadan sənətçi yenidən Türkiyəyə qayıtmaq ümidi ilə sağollaşaraq səhnəni alqış sədaları altında tərk edib.


99 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.