SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
“Total” İranda fəaliyyətini dayandırdı
İQTİSADİYYAT 18:33 / 14.07.2018

Fransanın "Total” neft şirkəti İranda fəaliyyətini dayandırdığını elan edib.

"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Patrik Puyanne bildirib.

O, bu addımı ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqələndirib: "Biz ABŞ-ın qanunlarına əməl edirik və buna görə də gəlirli İran bazarından çıxırıq”.

Baş direktorun sözlərinə görə, ABŞ-ın maliyyə sisteminə daxil olmadan dünyanın 130 ölkəsi ilə əməkdaşlıq etmək mümkün deyil.

P.Puyanne deyib ki, "Cənubi Pars” qaz yatağının 11-ci fazasından çıxmaqla 40 milyon dollar ziyan edəcəklər: "Günlərin bir günü "Total” yenidən İrana qayıdacaq. İldə 15 milyard sərmayə yatıran şirkətimiz üçün 40 milyon dollar heç nədir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.