SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Məşhur müğənni ilə aktrisa evləndi - FOTO
MƏDƏNİYYƏT-ŞOU 17:51 / 14.07.2018

Müğənni Can Bonomo ilə aktrisa Öykü Karayel dünən rəsmi nikaha girib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, 150 nəfərin qatıldığı mərasimdə Can Bonomonun nikah şahidləri meneceri Ece Çelebioğlu Yeşilbaş, prodüseri və yaxın dostu Can Saban, uşaqlıq dostu Cəm Cavez və dostu Fərhad Zamanpur olub. Öykü Karayelin nikah şahidliyini isə yaxın dostları Süveybe Arifoğlu və Milay Ezengin edib.

Aktrisa gecədə əkiz bacısı Ezgi Karayelin hazırladığı gəlinlik paltarını geyinib. Əkiz bacıların uşaqlıq illərində çəkdiyi rəsmlərin gəlinlik paltarının üzərində yer alması diqqətlərdən qaçmayıb. Öykü Karayelin gəlinlik paltarındakı detallar Ancelina Colinin gəlinlik paltarını xatırladıb.

2014-ci ildə dünya şöhrətli aktyor Bred Pitt ilə nikah masasına oturan Ancelina Coli də gəlinlik paltarında uşaqlarının rəsmlərinə yer vermişdi.

Xatırladaq ki, cütlük qonaqlara göndərdiyi dəvətnamələrində toyda çəkdikləri şəkilləri sosial şəbəkədə paylaşmamağı xahiş edib. Buna baxmayaraq, nikah şəkilləri instaqramda yayılıb.

Cütlüyün təmtəraqlı toyu bugün baş tutacaq.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.