SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Oğurluq edən 6 nəfər tutuldu - İkisi qardaşdır
KRİMİNAL 17:26 / 12.07.2018
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Akif Vəliyevin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elşad Fərzəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, onun iyunun 27-də Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Asif Ağayev və Nizami Abbasovla birgə Əlmurad Vəlizadənin həyətindən 2 baş inək oğurlaması da müəyyən edilib. Görülmüş tədbirlərlə A.Ağayev və N.Abbasov saxlanılıblar.

Bundan başqa Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də Abdulla Cəbrayılovun həyətindən 2 baş inək oğurlamaqda şübhəli bilinən Birinci Varlı kənd sakinləri Rəşad Rəşidov, Ramil Rzayev və qardaşı Famil saxlanılıblar.
85 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.