SON XƏBƏRLƏR
18 Sentyabr 2018
17 Sentyabr 2018
16 Sentyabr 2018
Ölkəyə qanunsuz yük gətirilməsinin qarşısı alınıb
ARAŞDIRMA 15:19 / 12.07.2018
Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük əməkdaşları İran İslam Respublikasından Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98120 kq ağ sement və 24500 kq polietilen yükləri aşkar olunub.

117 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.