SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Bu, mənə qarşı gülünc ittihamdır – Emin Ağalarov
MƏDƏNİYYƏT-ŞOU 11:23 / 11.07.2018

Rusiyalı müğənni Emin Ağalarov "Vice News” telekanalının jurnalistlərinə bildirib ki, ABŞ-da seçkilərin nəticələrinə heç vaxt müdaxilə etməyə çalışmayıb.

"tass.ru”ya istinadən xəbər veririk ki, sənətçi müsahibəsində bu barədə ünvanına deyilən ittihamları qəribə gülünc hesab edib:

"Məni ABŞ-da keçirilən son seçkilərə müdaxilədə günahlandırırlar. Bu, çox qəribədir. Məni - Azərbaycandan olan və Moskvada yaşayan oğlanı... Çünki ABŞ prezidenti Donald Trampı şəxsən tanıyıram. Bu çox qəribə və gülünc ittihamdır".

Əvvəllər xüsusilə ABŞ Demokratlar partiyasının tərəfdarları Amerika seçkilərinə müdaxilə etmək cəhdlərində Emin Ağalarovun əli olması barədə iddiaları ilə çıxış edib.

Ağalarov bildirib ki, o və onun atası Las-Veqas şəhərində Donald Trampla görüşərək "Kainat Gözəli" müsabiqəsinin Rusiyada keçirilməsi haqqında 2013-ci ildə Rusiyada razılığa gəlib. Müğənni müsahibəsində bildirib ki, Tramp müsabiqəyə Rusiya prezidenti Vladimir Putinin dəvət olunmasını təklif edib. Ağalarov əlavə edib ki, Trampın bu istəyi baş tutmayıb, çünki dövlət başçısı həmin ərəfədə məşğul olub.

Qeyd edək ki, E.Ağalarov Trampla dostluq əlaqələri ilə seçilir. O, sosial şəbəkə hesabında tez-tez Trampla fotolarını paylaşır. Emin Ağalarov yeganə azərbaycanlıdır ki, ABŞ prezidenti Tramp onun klipində yer alıb.

Xatırladaq ki, ABŞ-da Demokratlar partiyasının Milli komitəsi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləyə görə Rusiya hökumətini, Baş Kəşfiyyat İdarəsini (QRU), WikiLeaks saytının qurucusu Culian Assancı, Donald Trampın seçki qərargahını, habelə azərbaycanlı oliqarx Araz Ağalarovu və oğlu Emin Ağalarovu məhkəməyə vermişdi.

Tramp və onun köməkçiləri Rusiya rəsmiləri ilə seçkiqabağı kampaniya dövründə hər hansı qanunsuz görüşlərin baş tutmasını rədd edib. Moskva həmçinin ABŞ-da seçkilərin gedişinə təsir göstərmək cəhdləri barədə iddialarını təkzib etdi.


72 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.