SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Adnan Oktar `kediçik`ləriylə birgə həbs olundu - FOTO
DÜNYA 14:03 / 11.07.2018

Türkiyədə Harun Yahya adı ilə tanınan Adnan Oktar saxlanılıb.

Məlumata görə, Türkiyə polisi A.Oktar ilə yanaşı onun 235 tərəfdarını da həbs edib.

Özünü din adamı kimi təqdim A.Oktar cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaq qaçaqmalçılığı, şantaj, şəxslərin azadlığını əlindən alma, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi niyyəti ilə fırıldaqçılıq, çirkli pulların yuyulması və bu kimi onlarla maddə ilə ittiham olunur.
 Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.

Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.


53 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.