SON XƏBƏRLƏR
13 Noyabr 2018
12 Noyabr 2018
11 Noyabr 2018
Əliyev Ərdoğanı belə qarşıladı - “Çox istidir, hə?” -VİDEO
SİYASƏT 17:51 / 10.07.2018

Prezident  İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə dövlət başçısı  Rəcəb Tayyip Ərdoğanı Zagulbadakı iqamətgahında qarşılayıb. İlk qarşılaşma liderlərin maraqlı dialoqu ilə diqqət çəkib. Belə ki, Türkiyə prezidentinə "hava çox istidir” deyə sual edən Əliyevə Ərdoğan "temperatur 40 dərəcəni keçdimi” deyərək sualla qarşılıq verib.

Rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək və geniş tərkibli görüşlər keçirmək üçün iqamətgaha yollanıblar.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.

Verdiyimiz məlumata görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 


131 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.