SON XƏBƏRLƏR
13 Noyabr 2018
12 Noyabr 2018
11 Noyabr 2018
Fransa hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib
SİYASƏT 17:41 / 10.07.2018
Fransanın müdafiə sənaye şirkətləri Azərbaycan silahlı qüvvələri ilə əlaqələr yaratmağa çalışırlar.

bildiririk ki, "AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, uzun müddət Ermənistanla hərbi münaqişəni əsas gətirərək Azərbaycana müdafiə təyinatlı məhsulların satışını yasaqlayan Fransa hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib. Artıq bu ölkənin şirkətləri Azərbaycanla bağlı marketinq işlərinə başlayıblar.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə Fransanın müdafiə sənayesindən çox sayda şirkətin qatılması gözlənilir. Bu ilki ADEX-də Fransa müdafiə sənayesini MBDA Systems, CİFAL Group, "Naval Group”, "Airbus Defense”, "Etienne Lacroix”, "Nexter Systems”, "Proengin”, "Thales” və digər şirkətlər təmsil edəcəklər.

88 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.