SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
Həbsxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb
DÜNYA 17:29 / 10.07.2018

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən  verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hətəmov Elşən Qabil oğlunun yanına uzunmüddətli görüşə gələn oğlu Cəlilabad rayon sakini Hətəmov elvin Elşən oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman gətirdiyi əşyaların içərisində sellofan kisədə kiçik xalçaya bükülərək gizlədilən 1 ədəd qara rəngli "General Mobile" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Toplanmış sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


85 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.