SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
ABŞ buna 4 gün DÖZƏ BİLDİ - Razılaşmanı pozaraq Türkiyəni hiddətləndirdi
SİYASƏT 13:17 / 10.07.2018

Amerika Birləşmiş Ştatları YPG terror təşkilatının ən böyük qolu olan Suriya Demokratik Qüvvələrinə yenidən silah-sursat yardımı etməyə başlayıb.

Xəbər verir ki, bu barədə Suriyada fəaliyyət göstərən və Bəşər Əsəd rejiminə yaxın mənbə kimi tanınan "Almasdarnews” saytı məlumat yayıb.

Xəbərə görə, hərbi yardım konvoyları Suriyanın şimal-şərqindəki Haseki bölgəsinə göndərilib. Yardımın Amerikaya məxsus 200-dən çox yük maşını dolu silah, canlı qüvvə və hərbi təchizat olduğu bildirilib.

Qeyd edək ki, Əsəd rejimi və dəstəkçilərinin 20 iyunda Suriyanın cənubuna Rusiyanın havadan dəstəyilə hərbi əməliyyatlar həyata keçirməsindən sonra 6 iyul tarixində Rusiya və hərbi müxaliflər Suriyanın cənubundakı bölgələrdə daimi bir atəşkəs razılaşması əldə etmişdi. Razılaşmanın tətbiq edilməsindən sonra Dera mahalının mərkəzindəki hərbi müxaliflər əllərindəki ağır silahları təslim etmiş, beləliklə, bölgədəki hərbi qrupların əlində sadəcə yüngül silahlar qalmışdı.

Ölkənin cənub-qərbindəki Dera və Küneytra mahalları Astana prosesinin başçıları olan Türkiyə, İran və Rusiyanın 2017-ci ilin mayında qərarlaşdırdığı 4 gərginliyi azaltma bölgəsi içində yer alırdı. Rusiya, ABŞ və İordaniya 2 ay sonra bölgə ilə bağlı xüsusi razılaşma əldə etmişdi. Bunun ardınca ABŞ bölgədə dəstək verdiyi müxaliflərə yardımı kəsmişdi.

Xatırladaq ki, ABŞ-ın müxaliflərə silah yardımı Türkiyənin sərt reaksiyasına səbəb olub.


49 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.