SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
MTN-in sabiq əməkdaşına hökm oxunub
CƏMİYYƏT 12:46 / 10.07.2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosedə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror çıxışında E.Əhmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, E.Əhmədov vətəndaşların etibarından sui-istifadə edərək, 5 nəfərə qarşı dələduzluq edib. O, həmin vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verərək, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra E.Əhmədov verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayətləri əsasında həbs edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, E.Əhmədov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. Sonralar isə o, nazirlikdən xaric edilib.


41 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.