SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Azərbaycanda itkin düşmüş qadın və iki övladı tapıldı
CƏMİYYƏT 09:11 / 10.07.2018

Goranboy rayonunda itkin düşmüş qadın və iki övladı Gəncədə tapılıb.

1992-ci il təvəllüdlü Goranboy rayonun Safikürd kənd sakini Məmmədova Bəsti Kazım qızı 5 gün öncə qızları - 6 yaşlı Laman və 4 yaşlı Dəniz Məmmədzadələr ilə birgə yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Yaxınları tərəfindən axtarışa verilən ana və qızları hazırda Gəncə şəhər Kəpəz rayonu ərazisində tapılıb. İlkin məlumatlara görə, Dədə Qorqud küçəsində tapılan hər üç şəxs polis idarəsinə aparılıb və oradan ailəsinə təhvil verilib (Report.az).


40 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.