SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Akif Nağını Binəqədi məhkəməsinə çağırdılar
KRİMİNAL 14:45 / 09.07.2018

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif  Nağıya qarşı Bakı şəhəri Binəqədi rayon məhkəməsində iş açılıb. 

QAT Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, bu barədə QAT sədrinə həmin məhkəmənin hakimi Şeyda Məmmədovanın imzası ilə göndərilən bildiriş vərəqəsində deyilib.

İş üzrə hazırlıq iclasının 2018-ci il iyulun 16-da saat 09:20-də başlayacağı qeyd olunub.

Bildiriş vərəqinə əlavə olunan sənəddən məlum olur ki, QAT sədri Akif Nağı, Müharibə Veteranları Qadınlarına Sosial Yardım Birliyinin rəhbəri Radə Abbas, QAT üzvləri Fəridə Əsgərova, Rəhman Cəfərov, Maisə Əsədullayeva, Murad Məhərrəmli və digərləri guya Nizami rayonu 220 saylı məktəbin müəllimi Rövşən Əzizovun işdən çıxarılmasına səbəb olublar. Əslində isə QAT və digər ictimai təşkilatların, həmçinin bəzi mətbuat orqanların nümayəndələri ötən ilin dekabr ayında adı çəkilən Rövşən Əzizovun ermənipərəst təbliğatla məşğul olduğunu cəmiyyətin diqqətinə çatdırmış, onu bu yoldan geri çəkilməyə çağırmışdır, eyni zamanda, Təhsil Nazirliyinin, 220 saylı məktəbinin rəhbərliyinin diqqətini bu məsələyə cəlb etmiş, araşdırma aparılmasını xahiş etmişdir.

QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı məhkəmə işinin başlanılmasını anlaşılmazlıq hesab edir: "Çox qəribədir, bir azdan yəqin erməniyə qarşı söz dediyimizə görə bizi güllələyəcəklər. Ermənistanda oxşar məhkəmə prosesini təsəvvür edə bilərsinizmi? Erməniləri də, dünyanı da özümüzə güldürürük. Tutaq ki, hansısa bir ağlı çaşmış şəxs bizi götürüb məhkəməyə verir, bəs bu məhkəmənin ağlı hardadır ki, götürüb bizə qarşı iş açır. Ali Məhkəmənin sədrindən xahiş edirik ki, bu məsələni nəzarətə götürsün. Bizə qarşı iddia ilə çıxış edən şəxs guya ona dəyən maddi və mənəvi zərərə görə QAT-dan 60 min manat təzminat istəyib. Məhkəmədən xahiş edirik ki, bu məbləğ azdır, artırsın, ya da istisna hal olaraq barəmizdə güllələnmə hökmü çıxarsın.


98 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.