SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
“Azərbaycan Dəmir Yolları”ndan sərnişinlərə müraciət
HADİSƏ 15:33 / 09.07.2018
"Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.

"Azərbaycan Dəmir Yolları”ndan XəzərXəbər-ə verilən məlumata görə, QSC-nin Sərnişin daşımaları Departamenti sərnişin qatarlarına bilet satışı xidmətinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Bakı dəmir yolu vağzalında yerləşən tranzit dəmir yolu kassasında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən Azərbaycana gələn sərnişin qatarlarına bilet satışı həyata keçirilir.

Bilet satışı Bakıdan beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına qatarın yola düşməsinə 10 gün, Tbilisidən Bakıya 40 gün, Moskvadan və Rostovdan Bakıya 45 gün, Kiyevdən Bakıya 30 gün, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına 90 gün qalmış başlayır.
52 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.