SON XƏBƏRLƏR
21 Fevral 2019
20 Fevral 2019
Nazir köməkçiləri ilə birgə gecə yarısı İSTEFA VERDİ
CƏMİYYƏT 11:56 / 09.07.2018

İngiltərənin "Brexit" naziri Devid Devis gecəyarı istefa verib.

Xəbər verilir ki, nazir İngiltərənin Avropa İttifaqından ayrıldıqdan sonra tətbiq ediləcək Avropa İttifaqı-İngiltərə hökumət planını bəyənməyib və köməkçiləri ilə birgə postundan ayrılıb.

Devis baş nazir Tereza Meyin Avropa İttifaqı ilə bağlı yeridilən siyasəti və Aİ-dən ayrılma müzakirələrini baltaladığını hiss etdiyini və parlamentin "Brexit”dən sonra gücünü yenidən qazana bilməyəcəyini düşündüyünü deyib.

Devid Devis 2016-cı ilin aprel ayında keçirilən "Brexit” referendumundan sonra nazir postuna təyin edilmişdi. Onun köməkçiləri Stiv Beker və Suella Braverman idi.

Baş nazir Tereza Mey onun istefasını qəbul edib.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.