SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb
HADİSƏ 11:14 / 09.07.2018
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən  verilən məlumata görə, rayonun Masazır kəndində ikimərtəbəli 6 otaqlı evə bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış mətbəx mebeli 5 m² sahədə və evin pəncərə çərçivəsi 2 m² sahədə yanıb.

Məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı hamamın plastik qapısı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
242 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.