SON XƏBƏRLƏR
14 Noyabr 2018
15 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Gəncədə silah və döyüş sursatı aşkar edilib
CƏMİYYƏT 11:08 / 09.07.2018
İyulun 7-də Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə, silah və döyüş sursatı aşkar edilib.

DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, iyulun 7-də Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Hamlet Abdullayev saxlanılıb. Polis İdarəsində vətəndaşın üzərinə şəxsi baxış keçirilən zaman 2.689 qram çəkidə narkotik vasitə olan "heroin” aşkarlanaraq götürülüb.

Davam edən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxsin mənzilindən 1 ədəd nömrəsi silinmiş "Makarov” markalı tapanca, həmin tapançaya məxsus 8 ədəd patron və alışqanı ilə birlikdə 1 ədəd RQD-5 markalı əl qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
82 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.