SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Türkiyədə dəhşətli qəza: qatar relsdən çıxdı, 24 ölü var - FOTO - VİDEO
DÜNYA 09:31 / 09.07.2018

Türkiyədə Ədirnə-İstanbul istiqamətində hərəkət edən sərnişin qatarı relsdən çıxıb. Hadisə Təkirdağın Çorlu rayonu yaxınlığında baş verib.

Qəza nəticəsində 24 nəfər həlak olub, 338 sərnişin isə yaralanıb.
 
Hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb.

Qeyd edək ki, Türkiyənin Təkirdağ əyalətində sərnişin qatarının qəzaya uğramasının səbəbi rəsmən açıqlanıb. Bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.


42 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.