SON XƏBƏRLƏR
18 Sentyabr 2018
17 Sentyabr 2018
16 Sentyabr 2018
Neft böhranı 1 milyard dollar ziyanla nəticələnib
DÜNYA 18:51 / 08.07.2018
Hariga və Neft Hilalı bölgələrindəki limanların neft ixracını dayandırması nəticəsində yaranmış ziyan bu vaxtadək 920 milyon dollar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası məlumat yayıb.

Bildirilir ki, limanlardan ixracın dayanması ilə əlaqədar bu bölgələrdə hasil edilə bilməyən neftin həcmi 12,5 milyon barrelə çatıb. İxracın dayanması nəticəsində yaranmış ziyan indiyə qədər 920 milyon dollar, gündəlik isə 67 milyon dollara yaxın olub. Böhrandan əvvəl gündəlik 1 milyon barrel olan neft istehsalı hazırda 527 min barrelə düşüb.

Qeyd edək ki, ötən günlərdə ölkənin şərqindəki Ez-Zuveytine və El-Harika limanlarından da neft ixracı dayandırılıb. Daha əvvəl strateji əhəmiyyətə malik Sidra ve Ra's Lanuf limanlarından neft ixracı dayandırılmışdı. Sidra, Ra's Lanuf və Brega neft limanlarının yerləşdiyi bölgədə zəngin neft ehtiyatları var. Bu bölgədə ölkənin ümumi neft ehtiyatlarının 60 faizdən çoxu yerləşir.

109 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.