SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
ABŞ-la Şimali Koreya arasında YENİ RAZILAŞMA
DÜNYA 19:54 / 08.07.2018

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya səfər edib.

Xəbər verir ki, bu barədə Reuters agentliyinə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Səfər çərçivəsində M.Pompeo KXDR lideri Kim Çen In ilə görüşüb. Məlumata əsasən, Vaşinqton və Pxenyan iki ölkə arasında işçi qrupların yaradılması barədə razılığa gəliblər, o cümlədən Koreya yarımadasının tam nüvəsizləşdirilməsi məsələsi üzrə. Qeyd olunur ki, məsləhətləşmələr zamanı M.Pompeo ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi saxlayıb.

Bu, ABŞ dövlət katibinin Pxenyana sayca üçüncü səfəridir. M.Pompeo bu gün Tokioya səfər edərək Yaponiyanın xarici işlər naziri Taro Kono və Cənubi Koreyanın XİN rəhbəri Kan Gön Kva ilə görüşəcək.


61 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.