SON XƏBƏRLƏR
13 Noyabr 2018
12 Noyabr 2018
11 Noyabr 2018
Mingəçevirdə mənzildən qadın meyiti tapıldı
HADİSƏ 22:32 / 08.07.2018

Mingəçevir şəhərindəki mənzillərdən birində meyit aşkar edilib.

Xəbər verilir ki, şəhərin İsmət Qayıbov küçəsi, 3/1 ünvanında yaşayan sakinlər 44 saylı mənzildən pis qoxu gəldiyi barədə aidiyyəti qurumlara məlumat veriblər.

FHN əməkdaşları hüquq-mühafizə orqanlarının iştirakı ilə qapını sındıraraq mənzilə daxil olub. Onlar mənzildə qadın meyiti aşkar ediblər.

Sonradan məlum olub ki, meyit 1957-ci il təvəllüdlü şəhər sakini Mustafayeva Sahibə Mustafa qızına aiddir. Onun aşkar olunan gün deyil, bir gün öncə dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)


67 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.