SON XƏBƏRLƏR
18 Sentyabr 2018
17 Sentyabr 2018
16 Sentyabr 2018
İran və `beşlik` ölkələrinin görüşü ABŞ-ın əleyhinə bitdi
SİYASƏT 19:22 / 07.07.2018

İran və "beşlik" ölkələrinin(Rusiya, Fransa, Çin, Almaniya, Böyük Britaniya) Avstriyanın paytaxtı Vyanada keçirdiyi görüşdə İranla əldə olunmuş sazişə sadiq qalmaqla ABŞ-a beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün təziq göstərilməsi qərara alınıb. 

Regioninfo.az bildirir ki, görüşdə İrandan alınan neft və qaz məhsullarının müqavilələrinə əməl edilməsi, eyni halda bu ölkə ilə iqtisadi münasibətlərin inkişaf edilməsinə dair razılıq əldə edilib.

Göruşün sonunda bəyanat qəbul edilib. Bəyanatda İranın öz öhdəliklərini tam və təsirli şəkildə həyata keçirməsinə dair sazişə sadiqlik ifadə olunub və bu ölkənin mübahisəli "Fordo” nüvə stansiyasını gələcəkdə nüvə fizikası və texnologiyaları üzrə mərkəzə çevirmək niyyəti alqışlanıb. Vurğulanıb ki, beynəlxalq sanksiyaların aradan qaldırılması nüvə razılaşmasının mühüm tərkib hissəsini təşkil edir. Buna görə də İranla iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, eləcə də bu ölkədən neft və qaz ixracına şərait yaradılmasına diqqət ayrılmalıdır. İştirakçı ölkələrin təmsilçiləri bütün səylərin nüvə razılaşmasının qüvvədə qalmasına yönəldilməli olduğunu da bəyanatda əks etdiriblər.


244 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.