SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Siyəzəndə ağır qəza baş verib
HADİSƏ 12:27 / 07.07.2018
Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Rəfael Məhərrəmovun idarə etdiyi "Hyundai Santafe” markalı, 90 XZ 951 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan, 1991-ci il təvəllüdlü Cəmil Cabbarovun idarə etdiyi "Shacman” markalı, 99 LM 632 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü R. Məhərrəmov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (APA)

40 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.