SON XƏBƏRLƏR
14 Noyabr 2018
15 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Yaponiyada ölənlərin sayı 15-ə çatıb
DÜNYA 11:41 / 07.07.2018
Yaponiyanın qərbində davam edən leysanlar və torpaq sürüşməsi azı 15 nəfərin ölümünə səbəb olub. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

 TASS informasiya agentliyinə istinadla xəbər veririk ki, xilasetmə xidməti və Özünümüdafiə Qüvvələri 50 nəfər itkin düşənin axtarışını davam etdirir.

"Xilasetmə bölmələri bütün zərərçəkən ərazilərə yönəldilməlidir. Prioritet vəzifəmiz insanları xilas etməkdir”, - deyən Baş nazir Şinzo Abe bütün aidiyyəti nazirliklərə və idarələrə xilasetmə işlərini gücləndirmək göstərişini verib.

Kyodo agentliyinin məlumatına görə, 3 milyondan çox insana təxliyə olunmaq tövsiyə edilib. Çaylarda suyun səviyyəsinin böhran həddinə çatdığı Xirosima və Kioto prefekturalarında vəziyyət çox ağırdır. Təbii fəlakətin vurduğu zərbə səbəbindən böyük müəssisə və fabriklər işini dayandırır. Şənbə günü Mazda avtokonserni Xirosima və Yamaquti prefekturalarında öz iki müəssisəsinin fəaliyyətini dayandırdığını elan edib.

Hazırda Yaponiyanın bir çox regionunda yağışın intensivliyi azalıb ki, bu da xilasetmə əməliyyatını və itkin düşənlərin axtarışı işlərini asanlaşdırır. Eyni zamanda, hökumət orqanları sürüşmə təhlükəsinin mövcudluğunu bilirlər.

98 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.