SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Pakistanın sabiq baş naziri 10 il müddətinə azadlıqdan məhrum edilib
DÜNYA 16:46 / 06.07.2018

Pakistanın sabiq baş naziri Navaz Şərif korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bununla əlaqədar qərar cümə günü İslamabad  antikorrupsiya məhkəməsi tərəfindən verilib.

Onun qızı  Məryəm Şərif 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa onlar uyğun olaraq 8 mln funt sterlinq və 2 mln futn sterlinq cərimələniblər. Gün ərzində məhkəmənin qərarı bir neçə dəfətəxirə salınmışdı. Son nəticədə yerli vaxtla 16:20-də  məhkəmə qərarı açıqlayıb.

Hazırda Navaz Şərif və qızı Məryəm  Londondadırlar. Orda  sabiq baş nazirin xanımı Gülsüm müalicə alır.

Şərif 2013-cü ildə 3-cü dəfə  baş nazir olub, 2017-ci ildə isə Ali Məhkəmə tərəfindən  vəzifəyə uyğunsuz hesab edilib və istefa verib.

Şərifə qarşı ittihamlar 2016-cı ilin yazında Panama dosyesindən informasiya dərc olunduqdan sonra irəli sürülüb.


47 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.