SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Gürcüstana səfər edənlərə XƏBƏRDARLIQ
KRİMİNAL 19:42 / 06.07.2018
Gürcüstanın Fövqəladə Hallar Xidməti Qara dəniz sahillərində gözlənilən növbəti qasırğa ilə əlaqədar yerli əhali və bu ölkəyə gələn turistlərə xəbərdarlıq edib.

AZƏRTAC-a istinadən xəbər verilir ki, Fövqəladə Hallar Xidməti Qara dənizdə sahilboyu bütün xilasetmə məntəqələrində qırmızı fənərlər yandırılıb.

Bildirilir ki, iyulun 6-7-də Qara dəniz sahillərində 4 ballıq qasırğa gözlənilir. Bu da insan həyatı üçün çox təhlükəlidir.

Xatırladaq ki, iyulun 4-5-də də Qara dəniz sahillərində qasırğa olub. İyulun 4-də iki nəfər dənizdə boğulub.

Ekspertlər bildirirlər ki, Gürcüstanın Svaneti bölgəsində baş vermiş təbii fəlakət də həmin qasırğadan sonra baş verib.

60 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.