SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəsmi açılışı olub
DÜNYA 16:11 / 05.07.2018
Astana Ekspo Mərkəzində Beynəlxalq Maliyyə Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimi "Astana Maliyyə Günləri” beynəlxalq konfransı çərçivəsində baş tutub. Asiya regionunda ən böyük maliyyə xidməti göstəricisi olan mərkəz 2015-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb və əsas məqsədi sahibkarlar, sərmayəçilər üçün əlverişli şəraitin yaradılmasıdır.

Tədbirdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, hökumət nümayəndələri, xarici dövlətlərin başçıları, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak ediblər.

Mərkəzdə 2018-ci ilin sonunadək "Samruk-Qazına”nın aktivlərinin özəlləşdirilməsi başlayacaq, Qazaxıstan Maliyyə Nazirliyinin istiqrazları, həmçinin İslam istiqrazları yerləşdiriləcək.

43 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.