SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Bakıda yeni şahmat məktəbi açılıb
SİYASƏT 11:38 / 05.07.2018

Bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "D” yaşayış sahəsi ərazisində şahmat məktəbinin açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, 2 mərtəbə və zirzəmi hissəsindən ibarət məktəbin tikilialtı sahəsi 333 kv.m, ümumi sahəsi isə 963 kv.m, həcmi 3724 kub.m təşkil edir.

Şahmat məktəbində şahmat tədrisi üçün sinif otaqları, yarışların keçirilməsi üçün yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter otağı, həkim otağı, inzibati otaqlar, mətbəx, sanitar qovşaqlar var. Məktəbdə eyni zamanda 70-80 nəfərin tədrisi üçün bütün imkanlar yaradılıb.

Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilib.

Eyni zamanda şahmat məktəbinin təminatı üçün ərazidə içməli və yanğına qarşı ehtiyat su anbarı, nasosxana inşa edilib. Bina müasir ventilyasiya, kondisioner, işıqlandırma, istilik, yanğın xəbərverici siqnalizasiya sistemləri və su, kanalizasiya, elektrik, rabitə, internet xətləri ilə təchiz edilib.

Şahmat məktəbi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib.


148 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.