SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
İraq xarici ölkələrə çağırış etdi: `Uşaqlarınıza geri alın`
DÜNYA 20:36 / 04.07.2018

İraq Xarici İşlər Nazirliyi çərşənbə axşamı, həbs olunan terrorçuların uşaqlarının geri qaytarılması üçün onların ölkələrinə çağırış edib.

"AFP"yə istnadən verdiyimiz məlumata görə, İraq xarici işlər nazirliyinin sözçüsü Əhməd Mahcub verdiyi açıqlama zamanı bildirib ki, İraqdakı bütün diplomatik nümayəndəliklərdən, terrorçuların cəzalandırılmayan  uşaqlarını geri almalarını istəyirik.

O, Azərbaycan, Rusiya, Almaniya və digər ölkələrin nümayəndələri ilə barəsində hökm çıxarılmamış və cəza müddəti bitmiş uşaqların ölkələrinə geri qaytarılması istiqamətində birgə işlər gördüklərini deyib.

Qeyd edək ki, İraqda 14 millətdən azı 833 uşaq hazırda həbsdədir. 


72 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.