SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Ölkə ərazisində elektrik enerjisinin təminatı bərpa edildi
KRİMİNAL 15:23 / 04.07.2018

"Hazırda ölkə ərazisində elektrik enerjisinin verilişi bəpa olunub”.

Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayev bildirib ki, fərdi qaydada problem yaşayanlar quruma müraciət edə bilər: "Ola bilər ki, fərdi evlərdə elektrik enerjisinə qoşulmada problem yaransın. Bu zaman həmin şəxslər 199 "Çağrı mərkəzi”nə müraciət edə bilərlər, əməkdaşlarımız onlara kömək edəcək”.

Bundan sonra elektrik enerjisinin mütəmadi və daimi olmasına gəldikdə, T.Mustafayev bildirib ki, hazırda şəbəkələrdə vəziyyət normaldır: "Azərişıq” paylayıcı şəbəkədir və hazırda onun fəaliyyətində heç bir problem yoxdur. Əməkdaşlarımız problemin yaranmaması üçün qabaqlayıcı tədbirlər görür, şəbəkələrimizdə fəaliyyət normaldır".


48 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.