Dünya şöhrətli aktrisa Monika Belluççi son fotosessiyasında təbii gözəlliyi ilə pərəstişkarlarını bir daha ovsunlayıb.
Xarici mətbuata istinadən xəbər veririk ki, Monika Belluççi Fransanın "Elle” jurnalının üz qabığının siması olub. Aktrisa jurnal üçün etdiyi fotosessiyanı sosial şəbəkədə paylaşıb. Abunəçiləri kinoulduzunun yeni fotosessiyasını heyranlıqla qarşılayıb və şərhə qeyd ediblər ki, Monika əla görünür.
53 yaşlı aktrisa tez-tez təkrar edir ki, özünü olduğu kimi qəbul edir və öz bədənini sevir, odur ki, Monika üçün gözəllik ayinləri hər şeydən öndə dayanmır:
"Gözəl olmaq nə deməkdir? Bu, hansısa zahiri göstəricilərlə bağlı deyil, bu, qadınlıqdır, hansı ki, sizin həyat təcrübənizi əks etdirir... Özümü insanlar mənə xoş sözlər dediyi üçün deyil, ona görə yaxşı hiss edirəm ki, mən seçdiyim həyatı yaşayıram. Həyatı sevirəm. Əsas gözəllik sirrim məhz budur” , - deyə Monika Belluççi müsahibəsində etiraf edib.