SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Bakıda iki qadına bıçaqla hücum etdilər
KRİMİNAL 11:14 / 04.07.2018

Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakini Leyla Kazımova metronun "Əhmədli” stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi "Mersedes” markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib. Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.

Zərərçəkən şəxs bu barədə Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə məlumat verəndən sonra dərhal həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Araz Qurbanov və Ehtibar Həsrətov tutulublar.

Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.


64 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.