SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
Parkda gəzən 21 yaşlı oğlana qarşı cinayət – Təfərrüat
HADİSƏ 12:14 / 01.07.2018

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xəbər verilir ki, rayon ərazisində olan parklardan birində gəzişən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əfqan Salmanov tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı Əfqan Salmanov həmin şəxs tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Əfqan Salmanov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hazırda polis cinayəti törədən şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


73 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.