SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsinə başlayır
İQTİSADİYYAT 10:50 / 28.06.2018

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatıb.

Fonddan  verilən xəbərə görə, Fond tərəfindən zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilib.

Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8 bankla müvafiq müqavilələr bağlanılıb. Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir.

Fondun müvəkkil banklarının siyahısı və zəmanət üzrə komissiyalar ilə www.mcgf.gov.az internet səhifəsindən tanış olmaq mümkündür.

Fonddan bildirilib ki, sahibkarlar (fiziki və hüquqi şəxslər) Fond tərəfindən zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlı müvəkkil banklara müraciət edə bilərlər.


48 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.