SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Dərman içdilər sağalsınlar, zəhərləndilər - 21 nəfər
SİYASƏT 10:04 / 28.06.2018

Bu ilin əvvəlindən indiyədək dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı 21 nəfər Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

FaktXəbər-in məlumatına görə, bunu Trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil: "Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir".

A.Maqsudov qeyd edib ki, bu ilin aprel ayından indiyədək 37 nəfər dəm qazından, 3 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib. Ölüm halları qeydə alınmayıb.


38 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.