SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Azərbaycan Ordusunun qüdrəti: parad nələri sübut etdi? - ŞƏRH
MÜSAHİBƏ 18:46 / 26.06.2018
Bu gün Bakıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi parad keçirildi. Paradda Ordumuzun ən seçmə birlikləri və arsenala daxil olan müasir hərbi texnikalar nümayiş etdirildi. Bu, Azərbaycan Ordusunun qüdrətini bir daha göstərdi.
Xəbər verilir ki, paradda çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev mühüm məqamlara toxundu.

Ali Baş Komandan bildirdi ki, Bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir.

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu və Ordunun müasir maddi-texniki təchizat baxımından ölkəmizin dünyanın ən nadir ölkələrindən biri olduğunu diqqətə çatdıran Ali Baş Komandan vurğuladı ki, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq” meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək.

Ali Baş Komandanın bu fikirləri Azərbaycan dövlətinin strateji hədəflərini də aydın şəkildə ifadə edir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan Ordusunun 100 illik yubileyinin böyük bayram olduğunu vurğulayıb.

Onun sözlərinə görə, 100 il öncə yaradılmış müstəqil Azərbaycan dövləti özünün birinci silahlı dəstələrini formalaşdırıb: "Silahlı qüvvələr Azərbaycan Demokratik Respublikasının mövcudluğu dövründə onun ərazi bütövlüyünü və suverenliyini müdafiə edirdi. Təəssüf ki, ADR sovet Rusiyasının tərəfindən işğal edildi və Azərbaycan 70 il SSRİ-nin tərkibində qaldı. Lakin Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Ordumuz dirçəldi, gücləndi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Silahlı Qüvvələrin inkişafı istiqamətində mühüm diqqət ayrıldı”.

Milli Məclisin üzvü qeyd edib ki, tarixini vaxtı ilə 500 nəfərlik kiçik bir dəstə ilə başlayan Azərbaycan Ordusu hazırda dünya orduları reytinqində 50-ci yerdədir.

"Öz sözünü cəbhə xəttində deyən Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində artıq ciddi fəlaiyyətdədir. Ordumuzla fəxr edir və daima onunla bilikdəyik”, - deyə A. Mirzəzadə vurğulayıb.

Politoloq Fikrət Sadıqov bildirib ki, bu gün hərbi paradda Azərbaycan Ordusunun gücü bütün dünyaya nümayiş olundu.

"Hesab edirəm ki, hərbi paradda nümayiş olunan hərbi texnika, Ordumuzun gücü və ruhu, Azərbaycan xalqının iradəsi işğal altındakı ərazilərimizin tezliklə azad olunacağını təsdiq edir”, - deyə politoloq qeyd edib.

Siyasi ekspert Arzu Nağıyev isə Azərbaycan Ordusunun son 27 il ərzində keçdiyi yola diqqət çəkib.

"Bu gün Ordumuzun dünya reytinqində 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Ordumuz əhəmiyyətli rolu oynayır. Bizim Ordumuzun müharibə vaxtı yaradılıb, Azərbaycan xalqı bununla fəxr edir. Azərbaycan Ordusunun döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır. Parad göstərdi ki, Azərbaycan Ordusunda müasir silahlar mövcuddur. Bununla yanaşı, Azərbaycan öz ordusunu silahlandırmaq üçün müdafiə sənayesini də sürətlə inkişaf etdirir”, - deyə A. Nağıyev bildirib.

262 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.