SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
İlham Əliyev ilk dəfə Naxçıvan əməliyyatından danışdı
SİYASƏT 13:31 / 26.06.2018

Ötən ay Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusu əməliyyat keçirib və bunun nəticəsində 90-cı illərin əvvəllərində düşmən tərəfindən işğal edilmiş ərazimizin 11 min hektarı azad edilib. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi.

Məlumata görə, bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilmiş hərbi paraddakı çıxışında Ali Baş Komandan İlham Əliyev bəyan edib.

Prezident əlavə edib ki, Azərbaycan sözügedən ərazidən böyük mühəndislik və kəşfiyyat işləri aparıb.

"Biz strateji yüksəklikləri götürdük. İndi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvanda əməliyyatı göstərdi ki, Azərbaycan ordusu istənilən vəzifənin öhdəsindən gələ bilər və gəlir də", - İlham Əliyev bildirib.

Qeyd etmək lazımdır ki, bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür. Milli Ordumuz ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra 1918-ci il iyunun 26-də yaradılıb.

Müstəqillik əldə etdikdən sonra isə prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü elan edilib və qeyri-iş günü hesab olunur.


128 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.