SON XƏBƏRLƏR
14 Noyabr 2018
15 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Prezident: “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq bayrağımız hərbi paradda göstəriləcək”
SİYASƏT 13:24 / 26.06.2018

"Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, münaqişənin danışıqlar yolu illə tezliklə həlli, ərazi bütövlüyümüzün bərpa edilməsi qarşı tərəfindən də marağında olmalıdır : "Azərbaycan getdikcə güclənəcək. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə rəqabət apara bilmir və apara bilməyəcək. Tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir.

Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu gücləndirir.

Xalqımız tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir.

2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun böyük mənəvi əhəmiyyəti var.

Həmin bu bayraqlar bu gün bu hərbi paradda, "Azadlıq" meydanında nümayiş etdiriləcək. Bu bayraqlar döyüş bayraqlarıdır.

Bu bayraqlar işğaldan azad edilmiş torpaqlarda dalğalanır və hərbi parad üçün bura gətirilib.

Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək.

Biz bu müqəddəs günü yaxınlaşdırırıq”.


88 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.