SON XƏBƏRLƏR
14 Noyabr 2018
15 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
"Biz buna heç vaxt razılıq verə bilmərik"-İLHAM ƏLİYEV
SİYASƏT 12:46 / 23.06.2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 oktyabr 2010-cu ildə Yevlax səfəri zamanı vurğuladığı fikirlər hər bir azərbaycanlının vətəndaş olaraq düşünməyə vadar etmişdir. Cənab Ali Baş Komandanın bu çıxışı zamanı səsləndirdiyi fikirlər tarixi həqiqətləri özündə əks etdirməklə yanaşı bizim üçün, hər bir vətəndaş üçün fəaliyyət istiqamətimizin əsas amalına çevrilməlidir.

İlham Əliyev vurğulamışdır: "... Mən dəfələrlə demişəm ki, bugünkü Ermənistan, xəritədə Ermənistan Respublikası adlanan ərazi qədim Azərbaycan torpaqlarıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır. Azərbaycanlılar orada əsrlərlə yaşamışlar. Ermənilər müəyyən bölgələrdə yaşayırdılar. Ancaq XIX əsrdə onların kütləvi köçü baş verdi. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan edilməsi Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib? Əgər o bölgələr "böyük Ermənistana" aid idisə, onda nə üçün bizdən icazə istəyirdilər?.. Əlbəttə, Qarabağ tarixi Azərbaycan torpağıdır. Erməni dilində Qarabağ sözü varmı? Yox. Xankəndi şəhəri o vaxt, sovetlər dövründə Stepanakert adlandırılıb. Stepanakert adı haradan götürülüb? Bu ad Stepan Şaumyanın adından götürülüb. Əgər bu şəhərin ermənilərlə bağlı tarixi keçmişi var idisə, onda onlar bu adı verərdilərmi? Onun tarixi adı Xankəndidir. Budur reallıq. Bizim uşaqlar bütün bunları bilməlidir. Bilməlidirlər ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yerləşir. Hələ bu azmış kimi, onlar bizim ərazilərdə ikinci dövlətlərini yaratmaq istəyirlər. Biz buna heç vaxt razılıq verə bilmərik və biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. İstənilən yolla. Mən buna şübhə etmirəm."

Cənab prezidentin ölkəmizə rəhbərlik etdiyi gündən bu günə qədər səsləndirdiyi hər bir fikri həyata keçirməsini, verdiyi hər bir sözü reallaşdırmasını fəxrlə vurğulaya bilərik. Bu gün biz vətəndaş olaraq işıqlı gələcəyə doğru irəliləməyimiz üçün ölkə prezidentinin ətrafında sıx birləşib onunla birgə addımlamalıyıq. Bu gün vətəndaş olaraq uşaqdan qocaya qədər hər birimiz İrəvan xanlığına - öz tarixi torpağımıza sahib çıxmalı, onun əzəli Azərbaycan torpağı olmasını öz gələcək nəsillərimizə və dünyaya çatdırmalıyıq. Gücümüzün, yüksəlişimizin ancaq birlikdə və həmrəyliklə olduğunu dəfələrlə vurğulayan cənab prezidentin bu və digər bütün fikirləri eyni zamanda bizi keçmişimizə və gələcəyimizə, öz xalqımızın taleyinə sahib çıxmağa dəvət edən bir çağırışdır. Vətəndaş olaraq öz əməlimizlə bu çağırışlara dəstək olmaq hər bir azərbaycanlının və Azərbacan vətəndaşının borcudur. Tarixən bir çox faciə və itkilər yaşamış xalqımızın bundan sonra yalnız qələbələr qazanması üçün başqa yol yoxdur.

"Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin prezidenti

Əsgər Məmmədov


306 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.