SON XƏBƏRLƏR
13 Noyabr 2018
12 Noyabr 2018
11 Noyabr 2018
10 Noyabr 2018
"Heç deyişməmiş " Arzu Hidayətqızı
MƏDƏNİYYƏT-ŞOU 10:08 / 21.06.2018


Baxdım boy atdıĝım o daĝlara mən,
Kəkliyi,turacı heç dəyişməmiş.
Yaman qəhər boĝub məni dünəndən,
Kolu,qaragacı heç dəyişməmiş.

"Zoĝallı çökək"də mən yerə endim,
Başımı qaldırıb səmaya baxdım.
Uçan qartal gördüm,gözəldi kəndim,
Dərənin çayına qoşulub,axdım.

Yaşardı gözlərim,xatirə dindi,
Ustdə oynadıĝım qayanı gördüm.
Itburnu koluna gözüm zilləndi,
Bir an yaxın,uzaq keçmişə döndüm.

Bir vaxt dolaşdıĝım yoxuşları mən,
Indi aram-aram,güclə çıxıram.
Bir düşůr yadıma uşaqlıq hərdən,
Tikanlar batsa da,moruq yıĝıram.

Eniş həmin eniş,yoxuş da həmin,
Xəzəlli meşələr heç dəyişməmiş.
Bir mən dəyişmişəm,oldum ki əmin,
Keçmiş gözəlmişsə,yaşasın keçmiş!!!


100 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.